• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 03.05.2022 19:57

Günəbaxan əkilən sahələr genişləndirilir

KepezTV Player

Yaz tarla əkinlərinin qızğın getdiyi bir vaxtda Samuxda da torpaq mülkiyyətçiləri, fremerlər günəbaxan bitkisinin səpinini aparırlar. Ötən il bu rayonda əkilən günəbaxanın satışında fermerlər çətinlik yaşamayıb və yüksək gəlir əldə ediblər. Bundan həvəslənən torpaq mülkiyyətçiləri daha çox ərazidə səpin aparır.

Samuxda aprelin əvvəlindən başlayan günəbaxan əkini artıq 1181 ha-da yekunlaşıb. 80 torpaq mülkiyyətçisi tərəfindən səpini vaxtında və tez başa çatdırmaq üçün sahələrə 20 ədəd texnika cəlb olunub.

Fermerlər Rusiyadan gətirilən günəbaxan toxumuna üstünlük verirlər. Hektardan 9-10 kq məhsul götürmək üçün sahəyə 200 kq amofos gübrəsi də verilir. Ötən il Samuxda fermerlər 1796 ha sahədə günəbaxan əkini aparıblar və orta məhsuldarlıq hektara 2,5 ton olub. Bu il isə 2 min ha-dan çox ərazidə günəbaxan əkiləcək. Hektara 600-800 manat arası xərc cəkən fermerlər bunun qarşılığında 1000-1500 manat arası gəlir əldə edirlər. Gəlirin yüksək olması Samuxlu fermerləri günəbaxan əkməyə olan marağını artırıb.

Günəbaxandan bol məhsul götürmək üçün aqrotexniki qulluq da vacib şərtlərdəndir. Odur ki, samuxlu fermerlər səpin aparmazdan əvvəl torpağı malalayıb, üzvi və mineral gübrələrlə təmin etdikdən sonra əkin aparırlar.

Samuxda günəbaxan tumunun əkini mayın 10-dək davam edəcək. Avqustun ikinci ongünlüyündə isə məhsul yığımına başlanılacaq. Bu müddətə kimi sahələrin 3 dəfə suvarılması təmin edilməlidir.

Elnur Vahidoğlu