• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2507
— 30.04.2022 15:51

"Kəpəz"in 15 yaşlılarından növbəti qələbə

KepezTV Player

AFFA-nın U-15 liqasında 9-17-ci yerlər uğrunda mübarizədə 1-ci dövrənin 6-cı turu çərçivəsində turnir cədvəlinin lideri Turan Tovuz səfərdə Kəpəzin qonağı olub. Qərb derbisi kimi xarakterizə edilən mərkəzi görüş Gəncə şəhər stadionundakı süni örtüklü meydançada baş tutub. İlk yarıda qapılara qol vurulmayıb. Fasilədən sonra fəallaşan gəncəlilər rəqibin qapısından 3 cavabsız top keçirərək qalib gəliblər. Hər 3 qolu tovuzluların qapısına Arzuman Əliyev vurub. Sarı-göylər növbəti tur Bakıda Zirə ilə üz-üzə gələcək. 1-ci dövrənin oyunlarına mayın ayının sonunda yekun vurulacaq.<br>