• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 30.04.2022 15:44

İdmançı və məqşçilər təltif edildi

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub. Mərasimdə beynəlxalq və respublika səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən idmançılar və məşqçilər iştirak edib. Tədbirdə muay-tay, boks, cüdo, ağır atletika, badminton, yunan-Roma və sərbəst güləş, stronqmen, taekvando və kross qaçışı yarışlarının qalib və mükafatçıları, eləcə də onların çalışdırıcıları Baş İdarə tərəfindən fəxri diplom və təşəkkürnamələrlə təltif ediliblər.