• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 29.04.2022 16:01

Tələbələr Qarabağla bağlı xarici dillərdə təqdimatlar ediblər

KepezTV Player

ADAU-da “Qarabağ Azərbaycandır” mövzusunda xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konfrans bakalavr və magistrlər arasında ingilis, alman, rus və fransız dillərində baş tutub. Universitetin rektoru İbrahim Cəfərov konfransın xarici dillərdə keçirilməsində məqsədin tələbələrin xarici dillərin öyrənilməsinə həvəsinin artırılması və onların xarici dil biliklərinin təkmilləşdirilməsi olduğuna diqqət çəkib. Türkiyənin EGE Universitetinin bir qrup professor-müəllim heyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin bakalavr və magistrlər iştirak edikləri konfransda tələbələr Qarabağla bağlı təqdimatlar edərək elmi və nəzəri məlumatlar veriblər.