• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 29.04.2022 15:46

Naxçıvanla hava əlaqəsi bərpa olunur

KepezTV Player

“Azərbaycan Hava Yolları" aviaşirkəti Naxçıvandan Gəncəyə və əks istiqamətə reyslərə başlayır. 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. 23 kq-a qədər baqaj və 10 kq-a qədər əl yükü daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək. Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.