• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 29.04.2022 12:01

Məktəblilər hərbi hazırlıq səviyyələrini nümayiş etdiriblər

KepezTV Player

Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə "Şahin" hərbi-idman oyunları keçirilib. Rayon Gənclər və İdman idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin təşkilatçılığı ilə reallaşan yarışda ölkədə gənclər siyasətinə və ordu quruculuğuna böyük diqqət və qayğı göstərildiyinə diqqət çəkilib. Ötən illər ərazində hərbi-idman oyunlarının iştirakçıları arasında olanların Vətən müharibəsində şücaəti, qəhrəmanlıqları ilə düşmənə ordumuzun gücünü göstərdiyinə diqqət çəkilib. Tovuzun Ermənistanla sərhəddə yerləşməsi bu rayondan olan gənclərin ordu sırlalarına hazırlıqlı yollanmalarını vacib edən şərtlər sırasında yer aldığı vurğulanıb. Yarışda şəhidlərin adlarını daşıyan komandalar hərbi bilik və bacarıqlarını, həmçinin praktiki təcrübələri müxtəlif istiqamətlər üzrə nümayiş etdiriblər. Qalib komandalar rayon Gənclər və İdman idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi tərəfindən kubok və diplomlarla təltif olunub.