• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 29.04.2022 12:15

Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün 5 prinsip

KepezTV Player

Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan dövlət başçısı təklif edilən 5 prinsipin Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəyini vurğulayıb. “Əgər sülh razılaşması imzalansa və bu baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Biz bunu istəyirik” – deyə dövlət başçısı qeyd edib. Prezident İlham Əliyev mayın əvvəlində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşünün keçirilməsinin planlaşdırıldığı da sözlərinə əlavə edib. Xatırladaq ki, bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə dünən Şuşada konfrans keçirilib, növbəti beynəlxalq konfrans isə gələn il Laçında baş tutacaq.