• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 28.04.2022 12:05

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzulidə

KepezTV Player

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzuli hava limanına gəliblər. Tədbir iştirakçıları "Ağdam" adı verilmiş təyyarə ilə hava limanına eniş ediblər. Qonaqlara Füzuli Beynəlxalq hava limanı haqqında məlumat verilib. Bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans beynəlxalq beyin mərkəzlərinin nümayəndələri və digər şəxslər iştirak edəcək.

Şuşa şəhərinə yola düşməzdən əvvəl nümayəndə heyəti Azərbaycan Minatəmizləmə Agentliyinin işğaldan azad edilmiş ərazilərdə apardığı işlərlə tanış olub. Qeyd olunub ki, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiqdir və bu da minaların təmizlənməsi prosesini çətinləşdirir.