• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 27.04.2022 19:42

"Kəpəz" - "Zirə -2" oyunu gəncəliləri məyus etdi

KepezTV Player

3 oyunluq məğlubiyyət seriyasını ötən həftə qıraraq evdə Səbail 2-ni məğlub edən Kəpəz, 1-ci divizionun XXIII turu çərçivəsində səfərdə Zirə 2 ilə qarşılaşıb. Oyunun 15-ci dəqiqəsində ev sahibləri Ramin Abdullayevin qolu ilə önə keçiblər. Gəncəlilərin cavabı özünü çox gözlətməyib, 23-cü dəqiqədə Bəhruz Teymurov hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi elə bu hesabla da başa çatıb. İkinci hissəyə istəkli başlayan qartallar 66-cı dəqiqədə Cavad Qurbanlının qoluna seviniblər. 6 dəqiqə sonra sarı göylərdən Cavad Kərimov hesabı bərabərləşdirib. Lakin qarşılaşmada son zərbəyə Bakı klubunda çıxış edən gəncəli Tamerlan Bürcəliyev imza atıb. Zirə 3 - Kəpəz 2. Beləliklə, turnir cədvəlində xal sayı 31 olan Kəpəz 7-ci, 12 xala malik olan Zirə isə sonuncudur.