• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 27.04.2022 16:16

Alban-Udi icmasının üzvləri Pasxa münasibəti ilə Hadruta səfər ediblər

KepezTV Player

Azərbaycanın xristian vətəndaşları Xocavəndin Hadrut qəsəbəsinə səfər ediblər. Səfər Pasxa münasibəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Alban-Udi xristian icmasının üzvləri əvvəlcə Xocavənd rayonunun, Hadrut qəsəbəsinin Çinarlı kəndində yerləşən Ağxaç kilsəsini ziyarət ediblər. İcma üzvləri kilsədə dini ayinlərini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxuyublar. Alban-Udi xristian dini icmasının üzvləri gün ərzində Xocavənd rayonunun Tuğ və Hadrut qəsəbəsi ərazisində yerləşən digər kilsələri ziyarət edəcəklər.