• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2117
— 26.04.2022 20:31

Mir Cəlal Paşayevin yubileyi qeyd olunub

KepezTV Player

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi qeyd olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin Ev Muzeyində keçirilib. Çıxışlarda ədəbiyyatşünas,  Əməkdar Elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs olunub. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.