• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 26.04.2022 12:11

Şəhidin oxuduğu ali təhsil ocağında doğum günü qeyd edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universtetində şəhid Elfak Daşdəmirovun doğum günü münasibəti ilə təbir keçirilib. Trükiyyənin Gəncədəki baş konsulunun, ali təhsil ocağının müəllim və tələbələrinin, eləcə də şəhidin yaxınlarının iştirak etdiyi tədbirdə ElfakIn keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. Qazax rayonun Fərəhli kəndində anadan olan igid vətən oğlu Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra İkinci Qarabağ müharibəsinə yollanıb. Elfak Daşdəmirov da torpaqlarımızın azad edilməsində qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. Oktyabrın 26-da Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə şəhid olub. Doğulduğu kənddə dəfn edilən Elfak Daşdəmirov "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və  "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.