• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 25.04.2022 15:50

"Dəmir yumruq" devizi altında rayon birinciliyi keçirilib

KepezTV Player

Göygöldə MMA və Qrepplinq idman növləri üzrə rayon birinciliyi keçirilib. Yarış son dövrlər ayrı-ayrı idman növləri üzrə milli komandalar üçün baza rolunu oynayan yerli Olimpiya İdman Kompleksində reallaşıb. Göygöl Rayon Gənclər və İdman İdarəsinin İrəvan İdman Klubu ilə birgə təşkilatçılığı ilə düzənlənən və açıq xarakter daşıyan rayon birinciliyində yerli idmançılarla yanaşı, Gəncə və Şəmkir təmsilçiləri də mükafatlar uğrunda mübarizədə qüvvəsini sınayıb. Bütün yaş qruplarını əhatə edən yarışda müxtəlif klubların ayrı-ayrı çəki dərəcələrində ümumilikdə 100-dən çox döyüşçüsü bacarığını göstərib.