• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 24.04.2022 18:22

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda veloyürüş keçirilib

KepezTV Player

Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Keşikçidağ Dövlət Tarix mədəniyyət qoruğunda veloyürüş keçirilib. Yürüşün məqsədi qoruq ərazisində yerləşən, tarixi daş dövründən başlayaraq son orta əsrlərə qədər olan tarix-memarlıq abidələrinin daha geniş tanıdılmasıdır. Veloyürüş könüllülərinin iştirakı ilə Soyuqbulaq qəsəbəsindən başlayaraq qoruğa məxsus informasiya mərkəzinə qədər həyata keçirilib. Soyuqbulaq qəsəbəsində -yeni çəkilən asfalt yolun 38 ci km-də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən inşa edilmiş məlumat lövhəsinin önündən “Cəngi” sədaları altında start verilib. Veloyürüş qoruğa məxsus informasiya mərkəzinin önündə başa çatıb.Yürüşdə alimlər, ziyalılar, 44 günlük Vətən Müharibəsinin qaziləri iştirak edib.