• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2471
— 24.04.2022 18:14

Gəncəli cüdoçular aprel şəhidlərinin yarışından uğurlu nəticəylə qayıdıblar

KepezTV Player

Gəncəli azyaşlı cüdoçular Bakıda keçirilən yarışda doğma şəhərə medallarla qayıdıblar. Aprel şəhidlərinin xatirəsinə həsr olunan birinciliyə Nizami yurdundan 2 məşqçinin rəhbərliyi ilə 15 tatami ustası yollanıb. Paytaxtdakı yarışda bütün regionlardan 2012-2013-cü il təvəllüdlü cüdoçular qüvvəsini sınayıb. Gəncə idmançıları bu mübarizələrdə ümumilikdə 5 medal qazanıblar. Məşqçi Xanəhməd Rzazadənin yetirmələrindən isə ikisi mükafatçılar sırasına düşə bilib. 24 kq çəkidə Vidadi Babazadə qızıl, eyni çəkidə güləşən Mehrac Nəsirzadə bürünc mükafata layiq görülüb. 10 yaşlı kinamo sahibləri 8 aya yaxındır ki, cüdo ilə məşğul olurlar və onların qısa müddətdə qazandıqları bu uğur gələcək vəd etdiyindən xəbər verir.