• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 23.04.2022 16:08

Hacıkənd qəsəbəsində təmizlik işləri aparılıb

KepezTV Player

Gəncə şəhərinin müxtəlif ərazilərində həftə sonu iməcliklərin təşkili artıq ənənə halını almaqdadır. Növbəti iməclik şəhərin Hacıkənd qəsəbəsində təşkil olunub. Şəhər rəhbərliyinin, Yap gənclər təşkilatının həmçinin ictimai birliklərin iştirakı ilə keçirilən aksiya "Nizami Gəncəvi: sələflər və xələflər" parkından başlayıb. Daha sonra MKTİB-nin canlı qüvvəsi və texnikası vasitəsilə qəsəbənin meşəlik ərazilərində, yollarda təmizlik işləri aparılıb, əraziyə qulluq göstərilib həmçinin ağaclar əkilib. Təmizlik işləri meşəlik əraziləri ilə yanaşı yaşayış məntəqələrinin həyətyanı sahələrində də aparılıb. Ərazidəki tullantıları yığılaraq yük maşınları vasitəsilə daşınıb.