• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 23.04.2022 16:06

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb

KepezTV Player

Bu gün Şuşada 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib. Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri - qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti, eləcə də dünya azərbaycanlılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına və BMT-nin Ətraf Mühit Proqramına, Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri yekdilliklə qəbul edilib. Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib. Komitəs sədri bildirib ki, Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək.