• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 22.04.2022 16:18

Mayın 1-dən maska tələbi ləğv edilir

KepezTV Player

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib. Nazirlər Kabinetinin Qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb. Mayın 1-dən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.