• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 22.04.2022 16:04

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

KepezTV Player

"Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir". Bunu Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyib. Dövlət başçısı vurğulayıb ki, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşıb. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. "Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər", - deyə təbrik məktubunda vurğulanıb.