• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 22.04.2022 12:25

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsi sükutla yad edildikdən sonra icra başçısı Vüqar Novruzov insanları xeyirxahlığa, birliyə dəvət edən Ramazanın dünya müsəlmanları üçün müqəddəs ay olduğuna diqqət çəkib. Bundan irəli gələrək iftar süfrələrinin təşkil edilməsinin ölkəmizdə gözəl ənənəyə çevrildiyini bildirib. Ali Baş komandanın, ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində Vətən müharibəsində qanı və canı bahasına qələbəni təmin edənlərin daim qəlblərdə yaşauacağını vurğulayıb. Vətənin ərazi bütövlüyünün təmin edilməsində şəhidlərin, qazilərin, müharibə iştirakçılarının fədakar fəaliyyəti, rəşadəti və sücaəti yüksək dəyərləndirilib. Müqəddəs Ramazan ayında açılan iftar süfrələrində, edilən dualarda məhz qələbədə pay sahibi olanlar yada salınır. Ramazan ayının fəzilətlərindən söhbət açılan iftar süfrəsində tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.