• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 22.04.2022 12:23

Təhsil naziri STEAM Mərkəzinin açılışında iştirak edib

KepezTV Player

Təhsil naziri Emin Əmrullayev Tovuzda Bozalqanlı kənd tam orta məktəbində STEAM Mərkəzinin açılış mərasiminda iştirak edib. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılan imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500-ə yaxın şagird və tələbənin Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir. Tovuz rayonu üzrə hazırda 3 məktəbdə STEAM layihəsi tətbiq edilir. Layihə rayon üzrə ümumilikdə 240 şagirdi əhatə edir.