• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 22.04.2022 12:20

"Ən yaxşı qumbaraatan heyəti" adı uğrunda yarışlar keçirilib

KepezTV Player

Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən “Ən yaxşı qumbaraatan heyəti heyəti” adı uğrunda yarışlar keçirilib. Atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub. 6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.