• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 21.04.2022 20:12

Şəhidlərin xatirəsinə bulaq inşa olundu

KepezTV Player

İkinci Qarabağ müharibəsində Kəlbəcər rayonundan şəhid olanların əziz xatirəsini əbədiləşdirmək üçün inşa olunan bulağın açılışı olub. Bulaq Gəncədə yerləşən Vətən Müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin adını daşıyan 2 nömrəli tam orta məktəbin həyətində inşa edilib.  Kəlbəcər rayon rəhbərliyinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə vətən müharibəsində qazanılan qələbədən danışılıb. Dövlət, ordu və xalq birliyi nəticəsində 30 illik işğalda olan torpaqlarımız azad edildiyi, ərazi bütövlüyümüz bərpa olunduğu bildirilib. Vətən torpağının azad edilməsi üçün canlarından, qanlarından keçənlərin heç vaxt yaddaşlardan silinməyəcəyi xatırladılıb. Vətən müharibəsində Kəlbcər rayonundan 36 nəfər şəhidlik zirvəsinə ucalıb. Tədbirdə məktəbin şagirdləri vətənə, torpağa aid şerlər səsləndirib, mahnılar ifa olunub.