• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 21.04.2022 15:56

Özünüməşğulluq proqramı iştirakçılarına aktivlər verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi davam edir. Gəncə şəhəri və ətraf rayonlarda özünüməşğulluq proqramı iştirakçılarından daha 74 nəfəri seçdikləri biznes istiqamətlərinə uyğun aktivlərlə təmin olunub. Həmin bölgədə bu ilin əvvəlindən aktivlərlə təmin edilən şəxslərin sayı artıq 400-ə yaxındır. Onlar verilən aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar. Ümumilikdə cari ilin I rübü ərzində Agentlik tərəfindən 4100 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslər əvvəlcə təlimlərə cəlb edilib, qiymətləndirmədən keçib və aktivlərlə təmin olunublar.