• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 21.04.2022 12:06

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə

KepezTV Player

Preziden­tin köməkçisi – Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin rəisi Elçin Quliyev “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər. Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infra­struk­turunun yaradılması üzrə Ali Baş Komandan İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb. Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçi­rilən fəa­liyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərə­kətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüş keçirilib, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanışlıq olub. Eləcə də xidməti mü­şa­virələr keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib. Səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib. Qeyd edək ki, son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə, 100-dən artıq sərhəd döyüş məntəqəsi fəaliyyətə başlayıb.