• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2308
— 20.04.2022 20:56

Prezident Ofisi Azərbaycanın Ukraynaya yardımına münasibət bildirib

KepezTV Player

“Ümumilikdə, dostlar dost olduqlarını sübut etdilər və Azərbaycan dostlar sırasındadır. Böhran şəraitində dünya ağ-qara olur. Qəlbi gözəl insanlar pis ola bilməzlər, qəlbi qara olanlar isə şəraitdən istifadə edirlər. Bəzi Avropa ölkələri və uşaqların öldürülməsini normal qarşılayan siyasətçilərin timsalında bunu görmək olar”. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində deyib. Azərbaycanın Ukraynaya humanitar yardımından danışan siyasətçi bildirib ki, dünya bu baxımdan Ukraynaya çox isti yanaşdı. Podolyak danışıqlar prosesinin çətin getdıiyini də vurğulayıb. "Onların Kiyev və Çerniqov vilayətlərindən çıxmasından sonra aşkar etdiyimiz faktlar, törədilmiş hərbi cinayətlər Rusiya ordusunun Ukraynaya müdaxiləsinin və danışıqlar prosesinin emosional fonunu xeyli dəyişdi. Danışıqlar prosesi çox ləng gedir. Türkiyə çox maraqlı bir vasitəçidir. Onlar hansısa həll yolunun tapılması üçün xeyli səy göstərirlər. Mən Türkiyəni başa düşürəm, çünki bu ölkə Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin təmin olmasında maraqlıdır. Bu, ilk növbədə, ticarət baxımından çox vacibdir.Fikrimcə, müharibə getdikcə daha dağıdıcı olacaq, amma uzun çəkməyəcək. Çünki Rusiya müharibə etməyi bacarmır deyə müşavir sözlərinə əlavə edib.