• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 20.04.2022 20:34

Uğurlu əməliyyatla uşağın barmağı yerinə tikilib

KepezTV Player

Gəncədə bədbəxt hadisə zamanı barmağı üzülən azyaşlının qopan barmağı yerinə tikilib. Dövlət xəstəxanasında ilk dəfə icra edilən bu cərrahi əməliyyat həkimlərin peşəkarlığı nəticəsində uğurla nəticələnib. Üzərindən az müddət keçəməsinə baxmayaraq uşaq barmağını hərəkət etdirə bilir.

Hadisə aprelin 12-də 7 yaşlı Hüseyin Məmmədovun tərbiyyə aldığı özəl bağçalardan birində baş verib. Oynayarkən yıxılan azyaşlının sol əlinin üzərinə parta düşür və sol əlinin üçüncü barmağının üçdə birini qopardır. Dərhal Abbas Səhhət adına şəhər xəstəxanasının travmatologiya şöbəsinə çatdırılan Hüseyni həkim Ceyhun Quliyev əməliyyat edir.

Ceyhun Quliyev orteped-travmatoloq: Əməliyyat elədikdən 8 gün keçib. Hər gün sarğılara çağrılır və vəziyyətinə baxılır. Hələ ki, problem görmürük və 10 gün də nəzarətdə saxlayacağıq. Bu kimi promlemlərdə heç olmasa barmağı kosmetik olaraq saxlamaqdır. Həm də uşağın daminat əli sol əl olduğuna görə daha əhəmiyyətli əl hesab olunur. 8 gün keçdikdən sonra toxumaların rəngi onu deməyə əsas verir ki, biz barmağı qurtara bilmişik.

İkinci Qarabağ müharibəsində şəhid olan Kərim Məmmədovun oğlu olan Hüseynin üzərində icra edilən cərrahiyyə əməliyyatı Gəncənin dövlət xəstəxanasında reallaşdırılan ilk haldır.

Əfsanə Məmmədova uşağın anası: Mən Ceyhun həkim əməliyyat edənə kimi bilmirdim uşağın barmağı nə haldadır. Çox pis oldum ki, uşağımın əli o haldadır. Bu günkü günə min şükür, həkimin sayəsində, həkimin dediyinə görə yaxşıdır. Ceyhun Quliyevə çox minətdarlığımı bildirirəm ki, mənim övladıma öz övladı kimi yanaşdı. Tam təmannasız mənim övladımı əməliyyat etdi. Hər kəsə çox təşəkkürümü bildirirəm.

Artıq balaca Hüseyn barmağını hərəkət etdirə bilir və fizioterapiya kursu keçdikdən sonra həyatını normal şəkildə davam etdirəcək.

Elnur Vahidoğlu