• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 20.04.2022 20:38

Şarl Mişel Kiyevdə Zelenski ilə görüşdü

KepezTV Player

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Ukrayna prezidenti Rusiyaya qarşı neft embarqosunun tətbiq olunacağına əminliyini ifadə edib.Bildirib ki, Mariupolun blokadadan çıxması üçün iki yol var: "Birincisi, ağır hərbi silahlar və birgə səylər vasitəsilə bu mümkündür. Ancaq bizim hələ bu silahlarımız yoxdur. İkinci yol isə diplomatik yoldur. Ancaq Rusiya tərəfi buna razılaşmır, onlar öz oyununu oynamağa davam edir. Biz Rusiya ilə mübadiləyə hazırıq, öz vətəndaşlarımızı rusiyalı hərbi əsirlərlə və döyüşlərdə öldürülən rusiya hərbçilərininin meyitləri ilə dəyişməyə hazırıq. Mən Rusiya ilə dialoqa hazıram. İki il əvvəl də hazır idim və hələ də hazıram, ancaq Moskva sülh yolu ilə həllə hazır deyil".Mişel isə bildirib ki, Buçada, İrpində, Borodyankada törədilənlər vəhşilikdir, müharibə cinayətləridir. Bunları törədənlər cəzalandırılmalıdır. Biz tez və ya gec Rusiyanın enerji resurslarından imtina edəcəyik və bunun tez baş verməsi üçün tərəfdaşlarımızla işləyirik - deyə Şarl Mişel qeyd edib.