• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 20.04.2022 20:51

Şəhər sakinlərində narkotik vasitə aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürlüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının isə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəli şəxsin üzərində müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan “heroin” və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.