• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 19.04.2022 19:30

"Kəpəz" məğlubiyyət seriyasına son qoydu

KepezTV Player

Futbol üzrə 1-ci divizionda 22-ci tur başa çatıb. Son oyun günü Kəpəz Gəncə şəhər stadionunda Səbail-2ni qonaq edib. Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. 12-ci dəqiqədə təyin olunan penaltini qonaq komandadan Elvin Sərkarov qola çevirərək sarı-göyləri məğlub duruma salıb. Ancaq Nizami yurdunun təmsilçisi 8 dəqiqə sonra bərabərlik topunu vurmağa müvəffəq olub. Bəhruz Teymurov fərqlənərək status-kvonu bərpa edib. İkinci hissədə daha fəal təsir bağışlayan Kəpəz ard-arda rəqib qapısı önündə yaratdığı təhlükəli anlardan birində önə keçib. 55-ci dəqiqədə Cavad Kərimov yumşaq mərmini torla qovuşdurub. Qarşılaşmanın sonunadək başqa qol olmadığından yekunda Kəpəz 2:1 hesabıyla qalib gələrək 3 oyunluq məğlubiyyətin ardından aktivinə 3 xal yazdırıb və turnir cədvəlində 1 pillə irəliləyərək 7-ci yerə qalxıb.