• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 19.04.2022 15:42

Basketbol yarışları başa çatıb

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən sağlamlıq spartakiadasında mini futbol yarışlarına start verilib. Həm oğlan, həm də qızlardan ibarət 10 komandanın qüvvəsini sınadığı spartakiadada ilk olaraq Universitet və kolleclərin təmsilçiləri mübarizəyə qoşulublar. Növbəti mərhələdə isə peşə məktəbləri və peşə liseylərinin tələbələrindən formalaşan komandalar arasında oyunlar keçiriləcək.

Spartakiadada basketbol yarışlarına isə yekun vurulub. 10 kollektivin qatıldığı birincilikdə ali təhsil müəssisələri arasında Azərbaycan Texnologiya Universitetinin komandası 1-ci, ADAU 2-ci, Gəncə Dövlət Universiteti 3-cü olub. Orta ixtisas məktəblərinin mübarizəsində isə 3 saylı peşə liseyi 1-ci, 2 saylı peşə liseyi 2-ci, 1 saylı peşə məktəbi 3-cü yerə layiq görülüb.