• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 19.04.2022 15:35

Şəhidlərin xatirəsinə həsr olunan yarışın qalibləri bəlli olub

KepezTV Player

Vətən müharibəsi şəhidləri İlqar Bürcəliyev və Şöhrət Əliyevin xatirəsinə həsr olunan mini-futbol üzrə yarış başa çatıb. 2009-2010-cu il təvəllüdlü futbolçuların mübarizə apardığı və 8 komandanın çıxış etdiyi birinciliyin sonunda mükafatlandırma mərasimi keçirilib. Yarışın yekunlarına əsasən Çinar 1-ci, Gəncə TİM 2-ci, Ümid isə 3-cü yerə layiq görülüb. İlk üçlükdə qərarlaşan kollektivlər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomla təltif ediliblər.