• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 18.04.2022 10:48

Toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, çoxavazlı səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarına məhəl qoymadan digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Onların arasında Vətən Müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır. Həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Hazırda digər şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.