• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 16.04.2022 21:06

Şəhidlərin xatirəsinə mini-futbol yarışı

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri İlqar Bürcəliyev və Şöhrət Əliyevin xatirəsinə həsr olunan yarış start götürüb. Birinciliyin açılışında şəhid ailələri, qazilər, məşqçilər, eləcə də baş idarənin əməkdaşları iştirak ediblər. Mini-futbol üzrə birincilik Yeni Gəncədəki sünii örtüklü meydançada keçirilir. Yarışda 2009-2010-cu il təvəllüdlü idmançılar mübarizə aparır. 8 komandanın qalib olmaq üçün qüvvəsini sınadığı birinciliyə ümumilikdə 80 nəfərə yaxın yeniyetmə qatılıb.