• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 14.04.2022 12:26

"Liverpul" və MS yarımfinaldadır

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub. İngiltərə "Liverpul"u cavab oyununda Portuqaliya "Benfika"sını qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb - 3:3. Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən İbrahima Konate açıb. 32-ci dəqiqədə qonaqlar Qonsalu Ramuşun qolu ilə tarazlığı bərpa ediblər. 55-ci dəqiqədə fərqlənən Roberto Firmino "Liverpul"u yenidən hesabda önə keçirib. Braziliyalı hücumçu 65-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 78-ci dəqiqədə "Benfika"nın ukraynalı forvardı Roman Yaremçuk hesab arasında fərqi azaldıb. 82-ci dəqiqədə Darvin Nunyes hesabı bərabərləşdirsə də, Lissabon təmsilçisinin bundan artığına gücü çatmayıb. Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya "Vilyarreal"ına rəqib olub. İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən "şəhərlilər" cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb. Mançester təmsilçisi finala gedən yolda İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.