• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 12.04.2022 18:02

Tələbələrin açıq birinciliyi keçirilib

KepezTV Player

Azərbaycan Texnologiya Universitetinin İdman Zalında ali təhsil ocağının idmançı şəhidlərinin xatirəsinə həsr olunan basketbol üzrə fakültələr arasında açıq birincilik baş tutub. Oyunlardan öncə İdman Zalında quraşdırılan şəhidlər lövhəsinə və universitetin tələbələrinin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib. Daha sonra rəsmi hissədə çıxış edənlər bu yarışların şəhidlərin xatirəsinə önəm verilməsi baxımından vacib olduğunu diqqətə çatdırıblar. Açılış mərasiminin ardınca qarşılaşmalara start verilib. Yarışda UTECA-nın 4 fakültəsi ilə yanaşı Telekom basketbolçuları da iştirak edib. Sonda qida mühəndisliyi fakültəsinin tələbələri keçirdikləri bütün görüşlərdə qalib gələrək çempion adını qazanıblar.