• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 12.04.2022 17:56

Ağac aşdı, sakinlər qazsız və işıqsız qaldı

Bu gün günortadan sonra Gəncədə əsən güclü külək fəsadlar törədib. Şəhərin Həmid Sultanov küçəsində diametri 80-90 sm olan qovaq ağacının aşması küçənin qaz xəttini, elektrik naqillərini və telefon xəttini sıradan çıxarıb. Təhlükəsizlik baxımından əraziyə verilən qaz və işığın verilişi dayandırılıb. Adiyyatı qurumların nümayəndələri ilə yanaşı Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin texnika və canlı qüvvələri əraziyə cəlb edilib. Ağac kəsilərək ərazidən uzaqlaşırılıb, təmir işlərinə başlanılıb. Güclü külək şəhərin müxtəlif ərazisində 6 iri gövdəli ağacı da aşırıb. Bir sıra fəsadlar tərədib. Həmin ağacların da kəsilərək ərazidən daşınması həyata keçirilir. Təbiət hadisəsilə əlaqədar olaraq şəhərin bəzi hissəslərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.