• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 11.04.2022 19:55

11000 şəxsin mənzil və fərdi evlərlə təmin edilməsi gözlənilir

Şəhid ailələri və müharibə əlillərinİN mənzil şəraitinin yaxılaşdırılması istiqamətində aparılan islahatlara toxunan Anar Əliyev bildirib ki, ümumilikdə ötən dövrdə 12 min 500-dən çox mənzil və ya fərdi ev verilib. Ümumilikdə mənzillərlə təminat proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

Anar Əliyev  - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: 2018-ci ildə 626 2019-cu ildə 934 2020-ci ildə 1572 mənzil və fərdi ev verilmişdir. 2021-ci ildə isə bu kateqoriyadan olan şxəslərə paylanılan mınzil və fərdi evlərin sayı 3000-ə çatdıırılmışdır. bu proqram 2025-ci ilədək davam etdiriləcək. 11000 şəxsin mənzil və fərdi evlərlə təmin edilməsi gözlənilir