• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 11.04.2022 12:25

Emreli ilk qolunu vurub

KepezTV Player

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" Zaqreb klubunda qol hesabını açıb. 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri 30-cu tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib. Emreli oyuna 57-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olduğu vaxt daxil olub. Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.