• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1210
— 11.04.2022 12:21

Çexiyada beynəlxalq turnirdə gimnastlarımız 7 medal qazanıblar

KepezTV Player

Çexiyanın paytaxtı Praqada  aerobika gimnastikası üzrə keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayan yığma komandamızın üzvləri uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Fərdi proqramda Məryəm Topçubaşova və Dilarə Qurbanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrupumuz da fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medal qazanıb. Böyüklər arasında üçlük proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da ikinci olublar. Qarışıq cütlüklər proqramında Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medala sahib çıxıblar.