• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 10.04.2022 21:47

Narkotikin təsiri altında maşın sürən Bərdə sakini həbs edilib

KepezTV Player

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub. A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.