• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 10.04.2022 21:09

Ağır atletika üzrə Azərbaycan çempionatının qalib və mükafatçıları məlum olub

KepezTV Player

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının qalib və mükafatçıları məlum olub. Ölkənin bütün bölgələrindən 100-dən çox atletin qüvvəsini sınadığı yarışda 61 kq-da Tehran Məmmədov toplam 250 kq ağırlığı ram edərək qızıl medalı boynundan asıb. Çəkisi 67 kiloqramadək olan atletlərin yarışında isə İsa Rüstəmov adından söz etdirib. Ağır atlet toplam 270 kq çəkinin öhdəsindən gələrək baş mükafata sahib çıxıb. Milli komandaya cəlb olunma şansı yüksək qiymətləndirilən atletlər arasında Azərbaycan çempionatında bürünc medal əldə edən Elnarə Abbasovada var.