• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1940
— 09.04.2022 14:53

Luis Suares Türkiyə Superliqasında çıxış edə bilər

KepezTV Player

İspaniyanın "Atletiko" Madrid komandasının futbolçusu Luis Suares karyerasını Türkiyədə davam etdirə bilər. 35 yaşlı uruqvaylı hücumçu ilə "Fənərbağça" və "Beşiktaş" klubları maraqlanır. Onlar təcrübəli forvardın ətrafı ilə təmaslara keçiblər. Hazırda "sarı-lacivərdlilər" Superliqada 3-cü, "Beşiktaş" isə 8-ci yerdə gedir. Luis Suares "Atletiko"ya 2020-ci ildə "Barselona"dan 7 milyon avroya keçib. Cari mövsümdə o, La Liqada 29 oyuna 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Suaresin Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək.