• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 09.04.2022 12:58

Keçmiş məhkumlar narkotikə və oğurluğa görə tutuldular

KepezTV Player

Ucarda Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən iki rayon sakini saxlanılıb. Araşdırmalarla onların Səfər Əliyev və Mirqədir Qasımov olduqları müəyyən edilib. Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin, Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq maddi sübut götürülüb. **Digər əməliyyat nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov saxlanılıb. Onun gecə saatlarında obyektlərə qanunsuz daxil olduğu və zərərçəkmişlərə maddi ziyan vurduğu, cinayət yolu əldə etdiyi pulları isə xərclədiyi məlum olub. Faktlarla bağlı cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hər üç şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıb.