• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 09.04.2022 12:54

Nazirdən maska qadağası ilə bağlı açıqlama

Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir deyib ki, yoluxma sayı kəskin azalmaqdadır, gündəlik hospitalizasiya sayı da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Teymur Musayev vətəndaşları Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıb. Hazırda ölkədə kifayət qədər vaksin ehtiyatı olduğunu diqqətə çatdıran nazir "Turkovac" vaksininin sınaqlarından da danışıb. Qeyd edib ki, 3-cü faza sınaqlar sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Uğurlu olandan sonra "Turkovac" da vətəndaşlara seçim kimi təqdim olunacaq. Nazir, həmçinin Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görüldüyünü açıqlayıb. Əlavə edib ki, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir. "Vaksin istehsalı strateji istehsalatdır. “Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalatını təmin edə bilər”. Sitatın sonu.