• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 08.04.2022 10:51

Kəlbəcər və Laçında xidməti-döyüş fəaliyyətləri yoxlanılıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub. Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib. Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb.

Sonda nazir Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.