• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 07.04.2022 19:50

Müəllimlərimiz Türkiyədə keçirilən beynəlxalq forumdan geri dönüblər

KepezTV Player

Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə “Təhsildə Yeni Trendler- İstanbul Təhsil Forumu 2022” keçirilib. Beynəlxalq Formda Gəncədən olan 2 ibtidai sinif müəlliməsi də iştirak edib.

Form 21- 25 mart 2022-ci il tarixlərində İstanbulda keçirilib. Məqsəd iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaqdan ibarət olub. 5000-dən çox üzvü ilə ölkənin ən böyük təhsil icmasını təmsil edən Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılıb. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri olub.

Rühəngiz Ağamirova - müəllimə: 48 nəfər heyətin içində hər bir bölgəmizdən var idi müəllimlər. Gəncədən 2 nəfər idik. Bzi məktəbdə dərslərdə iştirak etdik. Müəllimlərin canlı dərsinə baxdıq. Biz özümüz də riyazyyat meəllimləri riyaziyyat , ingilis dili müəllimləri ingilis dili dərsi keçdilər. Mən ibtidai sinif müllimi olduğuma görə uşaqlarla sual cavab apardım. Doğuş universitetindən sonra biz topqapı universitetində olduq. Bzi burda labarotoriyaları gəzdik, onların yaratdığı muzeylərə, sərgilərə baxdıq. Onların iş prinsipləri ilə tanış olduq.

Forumda Türkiyə təhsil sistemi, dövlət və vəqf universitetlərinin fərqi, Türkiyə təhsilindəki yeniliklər, müəllimlərin tətbiq etdiyi son model yeni yanaşma və metodologiyalar qarşılıqlı nümayiş etdirilib. Müəllimlərimiz türkiyəli həmlarlarının dərslərində iştirak edərək dərs prosesini müşahidə etmək imkanı da əldə ediblər. Özləri də türk şagirdlərinə kiçik bir dərs keçiblər. Dərsin sonunda hər iki ölkə müəllimləri keçdikləri dərsləri, dərsliklərdəki materialları, dərs keçmə metod və vasitələrini müzakirə edib fikir və təcrübə mübadiləsi aparıblar.

Aygün Rzayeva - müəllimə: Müəllimlərlə azərbaycanın təhsili və türkuyənin təhsili diskusiyası aparıldı. Fərqli və oxşar cəhətləri müzakirə edildi. Daha sonra biz şagirdlərlə söhbət apardıq. Söhbət ərəfəsində uşaqlar bildirdilər ki, Azərbaycan haqqında bilgilərə malikik.Azərbayhcanın türkiyəyə yardımlarından məlumat verdilər. Və bildirdilər ki, türkçiyədə yanğın zamanı Azərbaycanlılar bizə bpyük dəstək göstərmişdilər. Bunun üçün şagirdlər bizə təşəkkür etdilər. Və biz Türkiyə müəLlimlərinin azərbaycan haqqında şagirdlərə verdikləri təəsurat, azərbaycanı tanıtdıqları üçün onlara öz təşəkkürümüzü bkdirdik. Və məndə çox xoş təəsürat oldu. İstəyərdim belə səfərlər davamlı olsun. Və azərbaycandakı bütün müəllimlər digər ölkələrin təhsil sistemi ilə tanış olsunlar.

5000 nəfərdən çox maarifçisi olan Azərbaycan Maarifçilər Assosiasiyasının əsas məqsədi yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır. Növbəti Forum mayda keçiriləcək. Foruma məktəbəqədər və ibtidai sinif müəllimləri qatıla bilər.