• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 07.04.2022 19:54

Prezident dövlət vəsaiti hesabına inşa edilmiş evlərlə bağlı Fərman imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Yaşayış evləri üzərində hüququ təsdiqləyən daha bir sənəd müəyyənləşib.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı genişləndirilib.

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib. Prezidentin imzaladığı fərmanla Kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq ”, “Çayçılıq”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən digər qanunlar ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanıla bilər.