• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 07.04.2022 16:22

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

KepezTV Player

Növbəti tədris ili üçün orta ixtisas təhsilli müəssisələrinə 9 illik orta təhsil bazasından abutiriyentlərin ərizələrinin qəbuluna başlanılıb. Çoxsaylı müraciətlər nəzərə alınaraq tam orta təhsil bazasından ali məktəblərə və kolleclərə qəbul sistemi də yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə 9 illik orta təhsil bazasından ərizələrin qəbuluna aprelin 5-dən başlanılıb. İmtahanlarda iştirak etmək istəyən abituriyentlər Mərkəzin rəsmi saytında Şəxsi kabinet yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Abituriyentin elektron ərizəsi formasını doldururlar və ərizələrini təsdiq edirlər. Bu imtahanlarda ilk dəfə iştirak edən abituriyentlər üçün qeydiyyat pulsuzdur. Əvvəlki illərin məzunları isə müvafiq dövlət rüsumunu ödəməlidirlər.

Kolleclərə qəbul imtahanında abutiriyentlər Ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Qabiliyyət imtahanları isə qəbul imtahanından sonra keçiriləcək.

Kolleclərə ərizələrin qəbulu aprelin 25-nə kimi davam edəcək. Respublika üzrə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları isə aprelin 16-17-dən mayın 1-dək keçiriləcək. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq aprelin 6-dan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi də yenidən aktiv edilib. Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları, eləcə də keçən il buraxılış imtahanı vermiş, lakin 4-17 martda ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları aprelin 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər.