• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 07.04.2022 11:49

Su polisi monitorinqlərə başlayıb

KepezTV Player

Balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovuna aprelin 1-dən sentyabrın 1-nə kimi moratorium qüvvəyə minməsi ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları monitorinq tədbirlərinə start veriblər. İdarənin Şəmkir Xətt polis məntəqəsinin əməkdaşları qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçiriblər. Su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar sudan çıxarılıb. Polis əməkdaşları su hövzələrində 400 metrdən çox qanunsuz balıq torlarını aşkarlayaraq sahilə çıxarıb və torlarda aşkarlanan diri balıqları yenidən suya buraxıblar.